Tokio marafonu təxirə salındı

Tokio marafonu təxirə salındı 2021-ci il martın 7-də Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan marafon təxirə salınıb.
Fərdi
9 Oktyabr , 2020 12:57
Tokio marafonu təxirə salındı

2021-ci il martın 7-də Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan marafon təxirə salınıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, yarışın 2021-ci il oktyabrın 17-də keçirilməsi qərara alınıb. Marafonla bağlı tədbirlər martın əvvəllərində bir həftə ərzində baş tutacaq. Bunlara iştirakçılar üçün virtual marafon və Tokioda keçiriləcək atletika yarışları daxil olacaq.

Qeyd edək ki, bu ilk Tokio marafonu martın 1-də gerçəkləşib. Koronavirusun yayılması səbəbindən həvəskar qaçışçıların iştirakı olmadan keçirilmiş yarışa 200 peşəkar idmançı qatılıb.

Son xəbərlər

Orphus sistemi