Tokio-2020: Yunanıstan yığması sinxron üzgüçülük yarışından imtina edib

Tokio-2020: Yunanıstan yığması sinxron üzgüçülük yarışından imtina edib Yunanıstan Tokio-2020 Yay Olimpiya Oyunlarında sinxron üzgüçülük üzrə komanda yarışında təmsil olunmayacaq.
Fərdi
3 Avqust , 2021 12:54
Tokio-2020: Yunanıstan yığması sinxron üzgüçülük yarışından imtina edib

Yunanıstan Tokio-2020 Yay Olimpiya Oyunlarında sinxron üzgüçülük üzrə komanda yarışında təmsil olunmayacaq.

"Report"un Yunanıstan Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, buna yığmanın 3 üzvünün koronavirusa yoluxması səbəb olub.

Bildirilib ki, infeksiya aşkarlanan idmançılar xəstəliyi simptomsuz keçirsələr də, Olimpiya kəndini tərk edəcək və otellerin birində karantinə alınacaqlar. Üzgüçülərin nümayəndə heyətinin digər üzvləri ilə təmasda olmadığı vurğulanıb.

Qeyd edək ki, Yunanıstanın sinxron üzgüçülük komandasında ilk yoluxma ötən gün aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi