Tokio-2020 Yay Paralimpiya Oyunları da azarkeşsiz keçiriləcək

Tokio-2020 Yay Paralimpiya Oyunları da azarkeşsiz keçiriləcək Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Paralimpiya Oyunları azarkeşsiz keçiriləcək.
Fərdi
16 Avqust , 2021 16:48
Tokio-2020 Yay Paralimpiya Oyunları da azarkeşsiz keçiriləcək

Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunları azarkeşsiz keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Təşkilat Komitəsi qərar çıxarıb.

Ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzərə alınaraq bu addım atılıb.

Paralimpiada üçün 700 min bilet satılıb və biletlərə xərclənən vəsait alıcılara qaytarılacaq.

Qeyd edək ki, paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək. Avqustun 8-də başa çatan Tokio Yay Olimpiya Oyunları da azarkeşlərin iştirakı olmadan keçirilib.

Son xəbərlər

Orphus sistemi