Tokio-2020 Yay Paralimpiya Oyunları da azarkeşsiz keçirilə bilər

Tokio-2020 Yay Paralimpiya Oyunları da azarkeşsiz keçirilə bilər Tokio-2020 Yay Paralimpiya Oyunlarının Təşkilat Komitəsi idman obyektlərinin əksəriyyətində yarışı azarkeşsiz keçirmək istəyir.
Fərdi
12 Avqust , 2021 16:07
Tokio-2020 Yay Paralimpiya Oyunları da azarkeşsiz keçirilə bilər

Tokio-2020 Yay Paralimpiya Oyunlarının Təşkilat Komitəsi idman obyektlərinin əksəriyyətində yarışı azarkeşsiz keçirmək istəyir.

"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxma hallarında müşahidə olunan artım təşkilatçıları bu addımı atmağa məcbur edir.

Son 24 saat ərzində Yaponiyada 19 minə yaxın insan infeksiyaya yoluxub. Bu, isə rekord göstəricidir.

Paralimpiada 24 avqust - 5 sentyabrda təşkil olunacaq.

Qeyd edək ki, avqustun 8-də başa çatan Tokio olimpiadası azarkeşlərin iştirakı olmadan keçirilib.

Son xəbərlər

Orphus sistemi