Tokio-2020: Yamaykalı atlet olimpiya rekordunu yeniləyib

Tokio-2020: Yamaykalı atlet olimpiya rekordunu yeniləyib Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların 100 metr məsafəyə qaçış yarışına yekun vurulub.
Fərdi
541
31 İyul , 2021 17:11
Tokio-2020: Yamaykalı atlet olimpiya rekordunu yeniləyib

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınların 100 metr məsafəyə qaçış yarışına yekun vurulub.

"Report"un məlumatına görə, bu növdə hər 3 medalı Yamayka atletləri qazanıblar.

Eleyn Tompson 10,61 saniyəlik göstərici ilə birinci olub və yeni olimpiya rekordu müəyyənləşdirib. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Şelli-Enn Freyzer-Prays (10,74) və Şerika Cekson (10,76) tutublar.

Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi