Azərbaycan velosiped yığması "Tokio-2020" üçün daha 25 lisenziya xalı qazanıb

Azərbaycan velosiped yığması "Tokio-2020" üçün daha 25 lisenziya xalı qazanıb Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Challenge du Prince” silsilə yarışları başa çatıb.
Fərdi
26 İyul , 2019 09:06
Azərbaycan velosiped yığması Tokio-2020 üçün daha 25 lisenziya xalı qazanıb

Mərakeşdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Challenge du Prince” silsilə yarışları başa çatıb. 

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Afrikaya Eçin Əsədov, Mahmud Məmmədov, Mikayıl Səfərli və Orxan Məmmədovdan ibarət heyətlə yollanan yığma komanda 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün ölkə reytinqini ümumilikdə daha 58 lisenziya xalı ilə zənginləşdirib.

Silsilə yarışlara iyulun 22-də “Trophée Princier” turunda 9-cu olaraq 3 xal qazanmaqla başlayan Əsədov 2 gün sonra “Trophée de l'Anniversaire”də 2-ci yeri tutub və daha 30 reytinq xalı əldə edib. Komanda iyulun 25-də sonuncu birgünlük yarış - “Trophée de la Maison Royale” turunda da yüksək nəticə göstərib. 140 km məsafəni 3 saat, 4 dəqiqə, 50 saniyəyə 13 nəfərlik qrupda bitirən Əsədov fotofinişə əsasən fəxri kürsün 3-cü pilləsinə qalxıb və 25 xal götürüb.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi