Tokio-2020: Triatlonçular faciədən son anda xilas oldular

Tokio-2020: Triatlonçular faciədən son anda xilas oldular Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilər arasında triatlon yarışları xoşagəlməz hadisə ilə başlayıb
Fərdi
363
26 İyul , 2021 13:42
Tokio-2020: Triatlonçular faciədən son anda xilas oldular

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişilər arasında triatlon yarışları xoşagəlməz hadisə ilə başlayıb.

"Report"un məlumatına görə, buna idmançıların yanlış startı səbəb olub.

Triatlonçular səhvən irəli üzdükdən sonra katerlər faciəyə səbəb ola biləcək təhlükəli manevrlər ediblər. Xoşbəxtlikdən, idmançılardan heç biri xəsarət almayıb. Bir neçə saniyədən sonra isə hakimlərdən ibarət heyət idmançıları starta qaytarmaq üçün onlara çatmağı bacarıb.

Qeyd edək ki, Azərbaycanı triatlonda Rostislav Pevtsov təmsil edib. O, 1 saat 50 dəqiqə 46 saniyəlik nəticə ilə 41-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi