San Marino Yay Olimpiya Oyunları tarixində ilk medalını qazanıb

San Marino Yay Olimpiya Oyunları tarixində ilk medalını qazanıb San Marino yığmasının stend atıcısı Alessandra Perilli Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Fərdi
29 İyul , 2021 12:11
San Marino Yay Olimpiya Oyunları tarixində ilk medalını qazanıb
Alessandra Perilli

San Marino yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

"Report"un məlumatına görə, stend atıcısı Alessandra Perilli trap növündə üçüncü yeri tutub.

Bu, ölkənin olimpiadalarda ilk medalı kimi də tarixə düşüb. Beləliklə, 35 min əhaliyə malik San Marino Yay Olimpiya Oyunlarında medal qazanan ən kiçik ölkə olub.

Qeyd edək ki, Tokio olimpiadası avqustun 8-də başa çatacaq. San Marino yarışda 5 idmançı ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi