Tokio-2020: Ruslan Lunyov 27 idmançı arasında 24-cü olub - YENİLƏNİB

Tokio-2020: Ruslan Lunyov 27 idmançı arasında 24-cü olub - YENİLƏNİB Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışına start verib.
Fərdi
1 Avqust , 2021 07:33
Tokio-2020: Ruslan Lunyov 27 idmançı arasında 24-cü olub - YENİLƏNİB

Tokio-2020 Yay Olimpiya Oyunlarında kişiərin kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında ilk günə yekun vurulub.

"Report"un məlumatına görə, Azərbaycanın güllə atıcısı Ruslan Lunyov birinci təsnifatda 281 xal toplaya bilib.

O, 27 idmançı arasında 24-ci yeri tutub. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yerlə kifayətlənib.

06:29

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışına start verib.

"Report"un məlumatına görə, idmançı kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçmada qüvvəsini sınayıb.

O, ilk günün yekununda 281 xal toplayıb. Lunyov hazırda 27 idmançı arasında 18-ci sıradadır. Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 güllə atıcısı iştirak edəcək.

Qeyd edək ki, Ruslan Lunyov iyulun 24-də kiçikçaplı tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 20-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi