Tokio-2020: Rusiyalı idmançı stadionu əlil arabasında tərk edib

Tokio-2020: Rusiyalı idmançı stadionu əlil arabasında tərk edib Rusiyalı atlet Darya Klişina Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşib.
Fərdi
1 Avqust , 2021 08:03
Tokio-2020: Rusiyalı idmançı stadionu əlil arabasında tərk edib

Rusiyalı atlet Darya Klişina Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuzluqla üzləşib.

"Report"un məlumatına görə, uzununa tullanma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində zədələnib.

İlk iki cəhdi uğursuz alınan Klişina ayağındakı zədə səbəbindən üçüncü cəhddən imtina edib. Atlet stadionu əlil arabasında tərk etməli olub.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi