Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda finala vəsiqə qazana bilməyib.
"Report"un məlumatına görə, 31 yaşlı idmançı yarımfinal mərhələsində finişə 20.31 saniyə ilə 6-cı çatıb.
Həlledici mərhələyə 3 qrupda ilk iki sıranı tutanlar və ən sürətli iki atlet yüksəlib.
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
"Report"un məlumatına görə, 200 metr məsafəyə qaçışda yarışan 31 yaşlı idmançı təsnifat mərhələsində finişə 20.54 saniyəyə ikinci çatıb və yarımfinala yüksəlib.
Yarımfinal Bakı vaxtı ilə saat 15:50-də başlayacaq.
Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.