Tokio-2020: Qadınlar arasında marafonun qalibi məlum olub

Tokio-2020: Qadınlar arasında marafonun qalibi məlum olub Keniya atleti Peres Cepçirpir Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında marafonun qalibi olub.
Fərdi
502
7 Avqust , 2021 05:43
Tokio-2020: Qadınlar arasında marafonun qalibi məlum olub

Keniya atleti Peres Cepçirpir Tokio-2020 Yay Olimpiya Oyunlarında qadınlar arasında marafonun qalibi olub.

"Report"un məlumatına görə, Cepçirpir 42,195 km məsafəni 2 saat 27 dəqiqə 20 saniyəyə qət edib. Onun həmyerlisi Bricit Kosgey (+0,16) ikinci, ABŞ təmsilçisi Molli Zaydel (+0,26) üçüncü yeri tutub.

Hokkaydo adasındakı Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında keçirilmiş yarış bu məkana Yaponiya paytaxtındakı xeyli isti hava şəraiti üzündən salınıb.

Qadınlar arasında marafon olimpiada proqramına ilk dəfə 1984-cü ildə daxil edilib. Kişi marafonçular isə ilk müasir Oyunların keçirildiyi 1896-cı ildən yarışırlar. Tokio-2020-də onlar bağlanış günü - avqustun 8-də mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi