Tokio-2020 olimpiya rekordu ilə start götürdü

Tokio-2020 olimpiya rekordu ilə start götürdü Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medal dəsti sahibini tapıb.
Fərdi
24 İyul , 2021 10:28
Tokio-2020 olimpiya rekordu ilə start götürdü

Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medal dəsti sahibini tapıb.

"Report"un məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışlarında mükafatçılar müəyyənləşib.

251,8 bal toplayan Çin idmançısı Tsyan Yan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yan bu göstərici ilə yeni olimpiya rekordu müəyyənləşdirib.

Rusiya güllə atıcısı Anastasiya Qalaşina 251,1 balla gümüş medal qazanıb. Üçüncü yeri isə 230,6 bal yığan isveçrəli Nina Kristen tutub.

Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi