Tokio-2020 olimpiadası tamamilə azarkeşsiz keçirilə bilər

Tokio-2020 olimpiadası tamamilə azarkeşsiz keçirilə bilər Yaponiyanın İnzibati və Normativ İslahatlar naziri, eyni zamanda vaksinləmənin keçirilməsi üçün məsul olan Taro Kono bildirib ki, yay Olimpiadası və Paralimpiyasını koronavirus pandemiyası şəraitində keçirmək mümkündür, ancaq o, azarkeşlərin yarışlara bur
Fərdi
283
15 Aprel , 2021 08:50
Tokio-2020 olimpiadası tamamilə azarkeşsiz keçirilə bilər

Yaponiyanın İnzibati və Normativ İslahatlar naziri, eyni zamanda vaksinləmənin keçirilməsi üçün məsul olan Taro Kono bildirib ki, yay Olimpiadası və Paralimpiyasını koronavirus pandemiyası şəraitində keçirmək mümkündür, ancaq o, azarkeşlərin yarışlara buraxılmayacağını istisna etməyib.

“Report” xəbər verir ki, bu barədə "Asaxi" telekanalı xəbər verib.

"Düşünürəm, elə təşkil edilib ki, onları (oyunları -red) belə vəziyyətdə keçirmək mümkün olsun. Ehtimal ki, onlar azarkeşsiz olacaq, çünki Olimpiya oyunları belə seçimi nəzərdə tutur. Onlar adi Olimpiya oyunlarından fərqlənirlər", - nazir fikrini bildirib.

Tokio yay Olimpiadası koronavirus pandemiyasına görə 2020-ci ildən 2021-ci ilə keçirilib. Olimpiya oyunları 2021-ci il iyulun 23-dən avqust 8-dək keçirilməlidir. Martda məlum olub ki, əcnəbi azarkeşlər stadionlara buraxılmayacaq. Yaponiya azarkeşlərinin oyunlara buraxılıb-buraxılmayacağı məsələsi həll edilməyib.

Son xəbərlər

Orphus sistemi