Tokio-2020: Olimpiada üçün gerisayım başladı

Tokio-2020: Olimpiada üçün gerisayım başladı Tokio Yay Olimpiya Oyunlarının startına 100 günün qaldığını bildirən gerisayıma başlanılıb
Fərdi
133
14 Aprel , 2021 11:08
Tokio-2020: Olimpiada üçün gerisayım başladı

Tokio Yay Olimpiya Oyunlarının startına 100 günün qaldığını bildirən gerisayıma başlanılıb.

"Report"un məlumatına görə, bununla əlaqədar Yaponiya paytaxtının meriyasında mərasim təşkil olunub.

Tədbirdə Tokio qubernatoru Yuriko Koike gözəl olimpiada keçirmək üçün bütün səylərini ortaya qoymaq istədiklərini bildirib.

Meriya binasında Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanı olan 2,6 metr hündürlüyündə fiqurlar quraşdırılıb. Birinci talismanın adı Miraytova yaponca iki sözdən ibarətdir: "Miray" gələcək, "tova" isə əbədilik anlamı verir. İkinci talisman isə Someyti adlanır. O, ingiliscə "so mighty" ("bu qədər güclü") sözündən götürülüb.

Tədbirlə eyni vaxtda, olimpiadaların simvolu olan 5 halqa Tokio ətrafındakı Takao dağının zirvəsində quraşdırılıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Son xəbərlər

Orphus sistemi