"Tokio-2020" olimpiadasının büdcəsi 11 milyard dollar azaldılacaq

"Tokio-2020" olimpiadasının büdcəsi 11 milyard dollar azaldılacaq Bu barədə Təşkilat Komitəsindən bildirilib
Fərdi
22 Noyabr , 2016 11:13
Tokio-2020 olimpiadasının büdcəsi 11 milyard dollar azaldılacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının büdcəsi 2 trilyon yenədək (18,2 milyard dollar) azaldılacaq. "Report" xəbər verir ki, bu barədə "Kiodo" agentliyi Oyunların Təşkilat Komitəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, xərclərin yeni smetası noyabrın 29-da Yaponiya paytaxtında Beynəlxalq Olimpiya Komitəsi, Tokio və Yaponiyanın mərkəzi hakimiyyətinin yüksək vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək iclasda təqdim olunacaq.

Qeyd edək ki, bunadək 2020-ci il olimpiadasının büdcəsinin 3 trilyon yen (29,5 milyard dollar) təşkil edəcəyi güman olunurdu. Lakin bu məbləğ İOC və Tokio qubernatoru Yuriko Koikenin tənqidlərinə məruz qalmışdı. Nəticədə layihə ixtisara doğru ciddi korrektəyə məruz qalıb

Son xəbərlər

Orphus sistemi