Tokio-2020: Nazim Babayev finala vəsiqə qazana bilməyib - YENİLƏNİB - 1

Tokio-2020: Nazim Babayev finala vəsiqə qazana bilməyib - YENİLƏNİB - 1 Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
738
3 Avqust , 2021 04:54
Tokio-2020: Nazim Babayev finala vəsiqə qazana bilməyib - YENİLƏNİB - 1

Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

"Report"un məlumatına görə, üç təkanla tullanma növündə mübarizə aparan idmançı sonuncu cəhdində 16,72 metr nəticə göstərib.

Bu, Babayevin mövsümdə ən yaxşı göstəricisi olub. Buna baxmayaraq Avropa çempionu finala vəsiqə qazanmaq şansını itirib.

O, A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub.

İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak edəcək.

04:27

Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti çıxışını edib.

"Report"un məlumatına görə, üç təkanla tullanma növündə çıxış edən idmançı ikinci cəhdində 16,30 metr nəticə göstərib.

Təsnifat mərhələsində A qrupunda yarışan Babayev hazırda 10-cu sırada qərarlaşıb. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finala vəsiqə qazanacaq.

04:15

Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, üç təkanla tullanma növündə çıxış edən idmançı ilk cəhdində 16,38 metr nəticə göstərib.

Təsnifat mərhələsində A qrupunda yarışan Babayev hazırda 8-ci sırada qərarlaşıb. İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finala vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi