Tokio-2020: Koronavirusa yoluxanların sayı artdı

Tokio-2020: Koronavirusa yoluxanların sayı artdı Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.
Fərdi
152
21 İyul , 2021 10:01
Tokio-2020: Koronavirusa yoluxanların sayı artdı

Tokio-2020 Yay Olimpiya Oyunlarında koronavirusa yoluxanların sayı artıb.

"Report" Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, daha 8 nəfərin testi müsbət çıxıb.

Onlardan 6-sı olimpiadanın işçiləri, digəri idmançı, başqa biri isə Olimpiya kəndində yaşayan əcnəbi vətəndaşdır. İyulun 1-dən Tokio-2020-də 80-ə yaxın koronavirusa yoluxma qeydə alınıb.

Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi