Tokio-2020: İlham Zəkiyev paralimpiadada mübarizəyə başlayır

Tokio-2020: İlham Zəkiyev paralimpiadada mübarizəyə başlayır Bu gün Azərbaycanın 7 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq
Fərdi
29 Avqust , 2021 00:00
Tokio-2020: İlham Zəkiyev paralimpiadada mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

"Report"un məlumatına görə, növbəti yarış günündə əvvəlcə para-atlet Elvin Astanov qüvvəsini sınayacaq. O, nüvə itələmə növündə medal qazanmağa çalışacaq.

100 metr məsafəyə arxası üstə üzmə yarışında paralimpiya çempionu olan Roman Saley bu dəfə 50 metr məsafəyə sərbəst üsulla üzmədə eyni uğuru təkrarlamağa çalışacaq.

Ardınca bütün diqqətlər paracüdoçulara yönələcək. Qadınlardan Dürsədəf Kərimova (+70 kq), kişilərdən isə Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (+100 kq) tatamiyə çıxacaq.

Mübarizəyə 1/4 finaldan start verəcək Kərimovanın rəqibi ukraynalı Anastasiya Harnik olacaq. Abdullaxanlı isə ilk görüşünü Özbəkistan cüdoçusuna qarşı keçirəcək. O, 1/8 finalda Şərif Xəlilovla münasibətlərinə aydınlıq gətirəcək. İkiqat paralimpiya və dünya çempionu Zəkiyev isə 1/8 finalda ABŞ təmsilçisi Cek Hocsonla qarşılaşacaq.

Azərbaycanın digər para-atleti Elmir Cəbrayılov 100 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsində mübarizə aparacaq. O, finala yüksəlmək üçün öz qrupunda finişə ən azı ikinci çatmalıdır.

Son olaraq isə Azərbaycan pauerliftinqçisi Nurlan Babacanov (97 kq) qüvvəsini sınayacaq.

Tokio-2020 Yay Paralimpiya Oyunları

29 avqust

Atletika

Nüvə itələmə

04:34 Elvin Astanov

Üzgüçülük

50 metr məsafəyə sərbəst üsulla üzmə

05:13 Roman Saley

Cüdo

Qadınlar

+70 kq

05:30. 1/4 final. Dürsədəf Kərimova - Anastasiya Harnik (Ukrayna)

Kişilər

100 kq

05:30. 1/8 final. Kənan Abdullaxanlı - Şərif Xəlilov (Özbəkistan)

+100 kq

05:30. 1/8 final. İlham Zəkiyev (+100 kq) - Cek Hocson (ABŞ)

Atletika

100 metr məsafəyə qaçış

07:25. Təsnifat. Elmir Cəbrayılov

Pauerliftinq

97 kq

13:30. Nurlan Babacanov

Qeyd edək ki, Azərbaycan Tokio paralimpiadasında hələlik 7-si qızıl, 2-si bürünc olmaqla, 9 medal qazanıb. Yığma bu göstərici ilə medal sıralamasında 7-cidir.

Son xəbərlər

Orphus sistemi