Tokio-2020: Dürsədəf Kərimova finalda, İlham Zəkiyev bürünc medal uğrunda mübarizə aparacaq

Tokio-2020: Dürsədəf Kərimova finalda, İlham Zəkiyev bürünc medal uğrunda mübarizə aparacaq Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmaq şansını itirib.
Fərdi
29 Avqust , 2021 08:55
Tokio-2020: Dürsədəf Kərimova finalda, İlham Zəkiyev bürünc medal uğrunda mübarizə aparacaq
İlham Zəkiyev

Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu yamaykalı Teador Subba ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.

08:03

Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova Tokio-2020 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 70 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Braziliya təmsilçisi Meg Emmeriklə (Braziliya) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kərimova finala yüksəlib.

Bu gün yarışa qoşulan paracüdoçulardan Kənan Abdullaxanlı (100 kq) mübarizəni erkən dayandırıb. İlham Zəkiyev (+100 kq) isə təsəlliverici görüşdə yamaykalı Teador Subba ilə üz-üzə gələcək.

07:35

Azərbaycanın paracüdoçusu İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmaq şansını itirib.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzub.

Əvvəlki raundda Cek Hocsona (Böyük Britaniya) qalib gələn Zəkiyev təsəlliverici görüşdə yamaykalı Teador Subba ilə üz-üzə gələcək.

100 kq-da yarışan Kənan Abdullaxanlı 1/8 finalda Şərif Xəlilova (Özbəkistan) məğlub olaraq mübarizəni dayandırıb.

Qadın paracüdoçu Dürsədəf Kərimova (+70 kq) isə 1/4 finalda Anastasiya Harnikdən (Ukrayna) güclü olub. O, yarımfinalda Meg Emmerik (Braziliya) ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan paracüdoçuları ilk iki gündə beş qızıl və bir bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi