Tokio-2020: Gürcüstan yığmasının erməni atletindən dopinq tapılıb

Tokio-2020: Gürcüstan yığmasının erməni atletindən dopinq tapılıb Gürcüstanı təmsil edən nüvə itələyən Benik Abramyan Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Fərdi
3 Avqust , 2021 10:52
Tokio-2020: Gürcüstan yığmasının erməni atletindən dopinq tapılıb
Benik Abramyan

Gürcüstanı təmsil edən nüvə itələyən Benik Abramyan Tokio Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

"Report"un Beynəlxalq Dopinq-Test Agentliyinə (ITA) istinadən məlumatına görə, erməni idmançının iyulun 31-də verdiyi testin nəticəsi müsbət çıxıb. Onun orqanizmində dehidroxlormetil-testosteron, metandienon və tamoksifen tapılıb.

36 yaşlı atlet bu gün mübarizəyə başlamalı idi. Lakin o, dopinq-testinin şübhəli çıxması səbəbindən yarışlardan müvəqqəti kənarlaşdırılıb. Erməni idmançı B testinin də açıqlamasını tələb etmək hüququna malikdir.

Qeyd edək ki, Benik Abramyan qapalı məkanlarda Gürcüstan çempionu və gümüş medalçı olub.

Son xəbərlər

Orphus sistemi