Tokio-2020: Futbol yarışlarında ilk çempion bəlli olub

Tokio-2020: Futbol yarışlarında ilk çempion bəlli olub Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçulardan ibarət İsveç və Kanada komandaları arasında final oyunu keçirilib.
Fərdi
6 Avqust , 2021 18:48
Tokio-2020: Futbol yarışlarında ilk çempion bəlli olub

Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçulardan ibarət İsveç və Kanada komandaları arasında final oyunu keçirilib.

"Report"un məlumatına görə, görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Penaltilər seriyasında 3:2 hesabı ilə qələbə qazanan Kanada seçməsi olimpiya çempionu olub. Üçüncü yer uğrunda qarşılaşmada isə ABŞ Avstraliyanı 4:3 hesabı ilə üstələyib.

Qeyd edək ki, Tokio-2020 avqustun 8-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi