Tokio-2020: Daha bir idmançı koronavirusa yoluxduğu üçün yarışa qatılmayacaq

Tokio-2020: Daha bir idmançı koronavirusa yoluxduğu üçün yarışa qatılmayacaq Niderlandlı skeytbordçu Kendi Yakobs Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.
Fərdi
21 iyul 2021 08:15
Tokio-2020: Daha bir idmançı koronavirusa yoluxduğu üçün yarışa qatılmayacaq

Niderlandlı skeytbordçu Kendi Yakobs Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.

"Report" xəbər verir ki, idmançı bu barədə instaqram hesabında bildirib.

O, koronavirus testi müsbət çıxdığı üçün yarışa qatılmayacağını yazıb.

Qeyd edək ki, daha əvvəl çilili taekvondoçu Fernanda Agirre eyni səbəbdən olimpiadadan kənarda qalıb. Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.

Orphus sistemi