Tokio-2020: Çin yenidən zirvəni ələ keçirib

Tokio-2020: Çin yenidən zirvəni ələ keçirib Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 26 növ üzrə mübarizə gedib.
Fərdi
865
29 İyul , 2021 17:16
Tokio-2020: Çin yenidən zirvəni ələ keçirib

Tokio-2020 Yay Olimpiya Oyunlarında bu gün 26 növ üzrə mübarizə gedib.

“Report”un məlumatına görə, daha 17 dəst medal idman gimnastikası, kanoe slalom, qılıncoynatma, cüdo, avarçəkmə, atıcılıq, üzgüçülük və stolüstü tennis növlərində sahiblərini tapıb. Beləliklə, 112 dəst medala 66 ölkənin idmançıları yiyələnib.

Çin 31 (15 qızıl, 7 gümüş, 9 bürünc) medalla keyfiyyətcə birinci pilləyə yüksəlib.

25 (15 qızıl, 4 gümüş, 6 bürünc) medal qazanan Yaponiya 2-ci sıraya geriləyib. Medal əyarında 3-cü yeri isə 14 "qızıl", 14 "gümüş" və 10 "bürünc"lə ABŞ tutur.

İki taekvondoçusu bürünc medal qazanan Türkiyə siyahıda 56-cı pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi