Tokio-2020: Çarpayını sındıran israilli idmançılar üzr istəyiblər

Tokio-2020: Çarpayını sındıran israilli idmançılar üzr istəyiblər İsrailin millisinin beysbolçuları Olimpiya kəndində idmançılar üçün hazırlanmış xüsusi çarpayını sındırıb, videosunu sosial şəbəkələrdə yaydıqları üçün üzr istəyiblər.
Fərdi
419
4 Avqust , 2021 16:47
Tokio-2020: Çarpayını sındıran israilli idmançılar üzr istəyiblər

İsrailin millisinin beysbolçuları Olimpiya kəndində idmançılar üçün hazırlanmış xüsusi çarpayını sındıraraq videosunu sosial şəbəkələrdə yaydıqları üçün üzr istəyiblər.

"Report" xəbər verir ki, yığmanın üzvü Ben Vanger "Times of Israel" nəşrinə açıqlamasında heç kimə hörmətsizlik etmək istəmədiklərini bildirib.

Onun sözlərinə görə, əsas məqsəd çarpayının nə dərəcədə dözümlü və rahat olduğunu göstərmək olub: "Bu yataqlarda yatmaqdan zövq alırıq və onların gələcək olimpiadalar üçün əla seçim olduğunu düşünürük".

Qeyd edək ki, 2,1 metr uzunluğunda olan çarpayılar 200 kq çəkiyə davamlı hazırlanıb.

Son xəbərlər

Orphus sistemi