Tokio-2020: Boksçularımızdan biri uddu, ikisi uduzdu - YENİLƏNİB - 2

Tokio-2020: Boksçularımızdan biri uddu, ikisi uduzdu - YENİLƏNİB - 2 Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk boksçusu rinqə çıxıb.
Fərdi
24 İyul , 2021 15:57
Tokio-2020: Boksçularımızdan biri uddu, ikisi uduzdu - YENİLƏNİB - 2

Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında rinqə çıxıb.

"Report"un məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev mübarizəyə 1/16 finaldan başlayıb. Onun rəqibi bruneyli Denis Latıpov olub.

Abdullayev ilk iki raundda rəqibindən üstün olub. Üçüncü raundda 5 hakimdən 4-ü qələbəni Latıpova versə də, yekunda 3:1 hesab ilə qalib gələn azərbaycanlı boksçu 1/8 finala vəsiqə qazanıb.

Abdullayev növbəti raundda özbəkistanlı Baxodir Jalolovla üz-üzə gələcək.

15^23

Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 69 kq-da çıxış edən Lorenzo Sotomayor 1/16 finalda gürcüstanlı Əsgərxan Mədiyevlə qarşılaşıb.

İkinci raundda qaşından zədələnən Sotomayor görüşü başa vura bilməyib. Hakimlər üçüncü raunda qarşılaşmanı dayandıraraq, azərbaycanlı boksçunun döyüşü davam etdirməsinə icazə verməyiblər. Nəticədə texniki nokaut alan idmançı mübarizəni vaxtından əvvəl dayandırıb.

14:01

Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk boksçusu rinqə çıxıb.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Tayfur Əliyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Onun rəqibi vyetnamlı Duonq van Nquyen olub. Əliyev ilk raundu noqdauna düşməsinə baxmayaraq, 5 hakimdən 4-ü ona qələbə verib. İkinci raundda bütün hakimlər Nquyeni fərqləndirib. Üçüncü raundda isə 5 hakimdən 3-ü Azərbaycan təmsilçisinin üstün döyüşdüyünü bildirib.

Yekunda 3 hakim vyetnamlı, 2-si azərbaycanlının xeyrinə qərar verib. Bununla da Nquyen 3:2 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib. Rəqibinə hakimlərin qərarı ilə uduzan Əliyev isə mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün azərbaycanlı digər boksçulardan Lorenso Sotomayor (69 kq) gürcüstanlı Əsgərxan Mədiyevlə, Məhəmməd Abdullayev (+91 kq) bruneyli Denis Latıpovla üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi