Tokio-2020: Azərbaycanlı boksçunun şikayəti təmin olunmayıb

Tokio-2020: Azərbaycanlı boksçunun şikayəti təmin olunmayıb İdman Arbitraj Məhkəməsi (CAS) Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyevin (+91 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında 1/4 final görüşündən diskvalifikasiya qərarı ilə bağlı şikayətini təmin etməyib.
Fərdi
13 Avqust , 2021 12:22
Tokio-2020: Azərbaycanlı boksçunun şikayəti təmin olunmayıb
Murad Əliyev

İdman Arbitraj Məhkəməsi (CAS) Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyevin (+91 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında 1/4 final görüşündən diskvalifikasiya qərarı ilə bağlı şikayətini təmin etməyib.

"Report" CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, qurum 26 yaşlı idmançının müraciətini rədd edib.

Bildirilib ki, hakim bəzi texniki səhvlərə yol versə də, burada hər hansı qərəzdən və əsaslı qayda pozuntusundan söhbət gedə bilməz.

Qeyd edək ki, Əliyev 1/4 finalda Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub. İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb. Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib. Azərbaycanlı idmançı isə buna kəskin şəkildə etirazını bildirib və hakimləri təhqir edib.

Son xəbərlər

Orphus sistemi