Tokio-2020: Azərbaycanın sərbəst güləşçisi çıxışını medalsız başa vurub

Tokio-2020: Azərbaycanın sərbəst güləşçisi çıxışını medalsız başa vurub Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fərdi
5 Avqust , 2021 13:26
Tokio-2020: Azərbaycanın sərbəst güləşçisi çıxışını medalsız başa vurub
Turan Bayramov

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında medalsız qalıb.

"Report"un məlumatına görə, buna 74 kq-da mübarizə aparan idmançının 1/4 finalda uduzduğu italiyalı Frank Çamizonun finala vəsiqə qazana bilməməsi səbəb olub.

Çamizo yarımfinalda Belarus təmsilçisi Məhəmmədhəbib Hadıməhəmmmədovla bacarmayıb - 7:9.

07:51

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 final mərhələsində İtaliya təmsilçisi Frank Çamizo ilə üz-üzə gəlib.

Bayramov rəqibinə 1:3 hesabı ilə uduzub. Çamizo finala çıxacağı təqdirdə Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.

06:40

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

"Report"un məlumatına görə, 74 kq çəki edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla üz-üzə gəlib.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Bayramov 1/4 finala yüksəlib. O, bu raundda Frank Çamizo (İtaliya) ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi