Tokio-2020: Azərbaycanın qrup hərəkətləri komandası finala yüksələ bilməyib - YENİLƏNİB

Tokio-2020: Azərbaycanın qrup hərəkətləri komandası finala yüksələ bilməyib - YENİLƏNİB Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edib
Fərdi
7 Avqust , 2021 07:57
Tokio-2020: Azərbaycanın qrup hərəkətləri komandası finala yüksələ bilməyib - YENİLƏNİB

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.

"Report"un məlumatına görə, tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "5-lik" 3 halqa və 2 cüt gürzlə də bacarığını nümayiş etdirib. Hakimlər bu dəfə onların çıxışını 37,650 balla qiymətləndiriblər. Daha əvvəl ədalət təmsilçiləri 5 topla hərəkətə 36,700 bal vermişdilər.

Beləliklə, Azərbaycan komandası iki hərəkətin cəmində 74,350 xalla 14 ölkə arasında 10-cu yeri tutub və ilk "8-liy"ə düşmədiyi üçün finala yüksələ bilməyib.

06:20

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, tərkibi Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokinadan ibarət "5-lik" əvvəlcə 5 topla çıxış edib. Hakimlər onların çıxışını 36,700 balla qiymətləndiriblər. Azərbaycan komandası bu mübarizəni 14 ölkə arasında 10-cu yerdə başa vurub.

Bakı vaxtı ilə saat 06:30-da qrup hərəkətlərindən ibarət komandaların 3 halqa və 2 cüt gürzlə çıxışları başlanacaq. Təsnifat mərhələsində 14 ölkə arasında ilk "8-liy"ə düşən komandalar finala çıxacaqlar.

Son xəbərlər

Orphus sistemi