Tokio-2020: Azərbaycanın daha bir paracüdoçusu finala yüksəlib

Tokio-2020: Azərbaycanın daha bir paracüdoçusu finala yüksəlib Azərbaycanın daha bir paracüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
Fərdi
591
27 Avqust , 2021 08:34
Tokio-2020: Azərbaycanın daha bir paracüdoçusu finala yüksəlib

Azərbaycanın daha bir paracüdoçusu Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində çıxış edən Şəhanə Hacıyeva yarımfinalda Viktoriya Potapovanı (Rusiya) ipponla məğlububiyyətə uğradıb və ən azı gümüş medalı özü üçün təmin edib.

Daha əvvəl kişilərin yarışında Vüqar Şirinli (60 kq) finala adlayıb. Şirinli qızıl medal uğrunda qazaxıstanlı Anuar Sarıyevlə, Hacıyeva isə fransalı Sandrin Martine ilə görüşəcək.

66 kq-da yarışan Namiq Abbaslı isə bürünc medal uğrunda David Xorava (Ukrayna) ilə qarşılaşacaq.

Digər qadın cüdoçusu Bəsti Səfərova (52 kq) yarışı medalsız başa vurub.

Qeyd edək ki, ötən gün Azərbaycan komandasında pauerliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi