Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, yarışın növbəti günündə sərbəst güləşçi Turan Bayramov olimpiadada debüt edəcək.
74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylovla qarşılaşacaq. Bayramov qələbə qazansa, 1/4 finalda Frank Çamizo (İtaliya) - Avtandil Kentçadze (Gürcüstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Karateçi Firdovsi Fərzəliyev A qrupunda çıxış edəcək. 67 kq-dakı idmançı Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə döyüşlərdən sonra yarımfinala vəsiqə qazanmağa çalışacaq. İlk iki yerin sahibi yarımfinala yüksəlməklə yanaşı, ən azı bürünc medalı da təmin edəcək.
Tokio-2020
5 avqust
Sərbəst güləş
74 kq
06:30. 1/8 final. Turan Bayramov (Azərbaycan) - Vasil Mixaylov (Ukrayna)
Karate
67 kq
07:15. A qrupu.
Firdovsi Fərzəliyev - Eray Şamdan (Türkiyə)
Firdovsi Fərzəliyev - Naoto Saqo (Yaponiya)
Firdovsi Fərzəliyev - Darxan Assadılov (Qazaxıstan)
Firdovsi Fərzəliyev - Əli Elsavi (Misir)
Qeyd edək ki, indiyədək Azərbaycanın 44 təmsilçisindən 31-i Tokio-2020-də çıxışını başa vurub. Onlardan yalnız 3-ü medal qazana bilib.