Tokio-2020: Azərbaycanın bayraqdarı və paracüdoçuları mübarizəyə başlayır

Tokio-2020: Azərbaycanın bayraqdarı və paracüdoçuları mübarizəyə başlayır Bu gün Azərbaycanın daha 6 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə start verəcək.
Fərdi
27 Avqust , 2021 00:00
Tokio-2020: Azərbaycanın bayraqdarı və paracüdoçuları mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha 6 idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, növbəti yarış günündə ilk olaraq Roman Saley 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayacaq.

Daha sonra 4 paracüdoçu tatamiyə çıxacaq. Kişilərin yarışında Vüqar Şirinli (60 kq) Henri Borges (Uruqvay) / Recep Çiftçi (Türkiyə), Namiq Abaslı Bannon İbanes (İspaniya) / Luis Peres (Puerto-Riko) cütünün qalibi ilə üz-üzə gələcək. Qadınlardan Şəhanə Hacıyeva (48 kq) yaponiyalı Şuzika Hanqainin Bəsti Səfərova (52 kq) isə onun həmyerlisi Yui Fucivaranın müqavimətini qırmağa çalışacaq.

Son olaraq isə Azərbaycan komandasının bayraqdarı para-atlet Oloxan Musayev nüvə itələmə növündə mübarizə aparacaq.

Tokio-2020 Yay Paralimpiya Oyunları

Üzgüçülük

04:00. Start: Roman Saley

Final: 12:00

Cüdo

Start: 05:30

Kişilər

60 kq

Vüqar Şirinli - Henri Borges (Uruqvay) / Recep Çiftçi (Türkiyə) cütünün qalibi

66 kq

Namiq Abaslı - Bannon İbanes (İspaniya) / Luis Peres (Puerto-Riko) cütünün qalibi

Qadınlar

48 kq

Şəhanə Hacıyeva - Şuzika Hanqai (Yaponiya)

52 kq

Bəsti Səfərova - Yui Fucivara (Yaponiya)

Atletika

Nüvə itələmə

14:00. Oloxan Musayev

Qeyd edək ki, daha əvvəl Azərbaycan komandasında paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi