Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
"Report"un məlumatına görə, yarışın növbəti günündə sərbəst güləşçi Turan Bayramov olimpiadada debüt edib.
74 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Ukrayna təmsilçisi Vasil Mixaylova qalib gəlsə də, növbəti görüşündə italiyalı Frank Çamizoya uduzub. Rəqibi finala yüksələ bilmədiyindən, Bayramov bürünc medal şansını itirib.
Karateçi Firdovsi Fərzəliyev isə A qrupunda çıxış edib. 67 kq-dakı idmançı ilk qarşılaşmasında türkiyəli Eray Şamdana məğlub olub. Ardınca yaponiyalı Naoto Saqoya qalib gələn Fərzəliyev son iki görüşündə qazaxıstanlı Darxan Assadılov və misirli Əli Elsavi ilə bacarmayıb. Öz qrupunda sonuncu - beşinci yeri tutan karateçi olimpiadada mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycanın 33 təmsilçisi Tokio-2020-də çıxışını başa vurub. Onlardan yalnız 3-ü medal qazana bilib.
Medal qazananlar
Cüdo: İrina Kindzerska (+78 kq) - bürünc
Boks: Alfonso Dominges (81 kq) - bürünc
Yunan-Roma güləşi: Rafiq Hüseynov (77 kq) - bürünc
Medal qazana bilməyənlər
Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq) Aişə Qurbanlı (48 kq)
Boks: Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov
Çəkicatma: Anna Skidan
Atıcılıq: Ruslan Lunyov
Atletika: Nazim Babayev (üç təkanla tullanma)
Karate: Firdovsi Fərzəliyev (67 kq)
Yunan-Roma güləşi: İslam Abbasov (87 kq)
Qadın güləşi: Elis Manolova (68 kq)
Sərbəst güləş: Turan Bayramov (74 kq)
Gözləyənlər
Sərbəst güləş: Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq)
Qadın güləşi: Mariya Stadnik (50 kq)
Bədii gimnastika (fərdi çoxnövçülük): Zöhrə Ağamirova
Bədii gimnastika (qrup hərəkətləri): Zeynəb Hümmətova, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan, Darya Sorokina
Karate: Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq).