Tokio-2020: Azərbaycanın 19 idmançısı mübarizəni dayandırıb - SİYAHI

Tokio-2020: Azərbaycanın 19 idmançısı mübarizəni dayandırıb - SİYAHI Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
28 İyul , 2021 15:57
Tokio-2020: Azərbaycanın 19 idmançısı mübarizəni dayandırıb - SİYAHI

Bu gün Azərbaycanın daha iki idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, yarışın növbəti günündə ümumilikdə 3 təmsilçi qüvvəsini sınayıb.

Cüdoçulardan Məmmədəli Mehdiyev (90 kq) 1/16 final mərhələsində İslam Bozbayevə (Qazaxıstan) qalib gəlsə də, növbəti raundda rusiyalı Mixail İqolnikova uduzaraq, mübarizəni dayandırıb.

Boksçu Alfonso Dominges mübarizəyə 1/8 finaldan start verib. 81 kq çəki dərəcəsində yer alan idmançı ilk görüşündə özbəkistanlı Dilşodbek Ruzmetovla üz-üzə gəlib. Hər üç raundda rəqibindən üstün olan Dominges 4:1 hesabı ilə qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. İyulun 30-da keçiriləcək 1/4 final görüşündə rəqib türkiyəli Bayram Malkan olacaq.

Badmintonçu Edi Reski Dviçayo olimpiadada 2-ci görüşünü keçirib. İlk oyunda qələbə qazanan idmançı bu dəfə danimarkalı Anders Antonsenə 0:2 hesabı ilə uduzaraq, qrup lideri ola bilməyib və mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycanın Tokio-2020-də mübarizəni medalsız başa vuran idmançılarının sayı 19-a çatıb. Həmin idmançılar aşağıdakılardır:

Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aişə Qurbanlı (48 kq)

Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)

İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova

Boks: Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq)

Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah

Güllə atıcılığı: Emin Cəfərov

Triatlon: Rostislav Pevtsov

Qılıncoynatma: Anna Başta

Badminton: Edi Reski Dviçayo

Velosiped idmanı: Elçin Əsədov.

Son xəbərlər

Orphus sistemi