Tokio-2020: Azərbaycan paralimpiyaçıları 7-ci, Çin 1-ci pillədə qərarlaşıb

Tokio-2020: Azərbaycan paralimpiyaçıları 7-ci, Çin 1-ci pillədə qərarlaşıb Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti yarış gününə yekun vurulub.
Fərdi
29 Avqust , 2021 17:12
Tokio-2020: Azərbaycan paralimpiyaçıları 7-ci, Çin 1-ci pillədə qərarlaşıb

Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti yarış gününə yekun vurulub.

"Report"un məlumatına görə, bu gün Azərbaycanın 7 paralimpiyaçısı mübarizə aparıb.

Nüvə itələmə növündə çıxış edən Elvin Astanov və paracüdoçu Dürsədəf Kərimova (+70 kq) qızıl, digər paracüdoçu İlham Zəkiyev (+100 kq) isə bürünc medal qazanıb.

Para-üzgüçü Roman Saley 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 4-cü, pauerliftinqçi Nurlan Babacanov (97 kq) 7-ci yeri tutub. Paracüdoçu Kənan Abdullaxanlı (100 kq) ilk görüşündə uduzaraq mübarizəni dayandırıb. 100 metr məsafəyə qaçışda yarışan Elmir Cəbrayılov zədələndiyi üçün finişə çata bilməyib.

Azərbaycan hazırda medal sıralamasında 7-ci pillədədir. Komandanın aktivində 9 qızıl və 3 bürünc medal var.

Siyahının ilk pilləsində 45 qızıl, 29 gümüş və eyni sayda bürünc medalla Çin qərarlaşıb. Böyük Britaniya (23 qızıl, 19 gümüş, 18 bürünc) ikinci, ABŞ (15 qızıl, 16 gümüş, 9 bürünc) isə üçüncüdür.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi