Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Tokio-2020: Azərbaycan ilk medalını qazanıb Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını təmin edib.
Fərdi
1796
30 İyul , 2021 13:05
Tokio-2020: Azərbaycan ilk medalını qazanıb

Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb.

"Report"un məlumatına görə, buna 78 kq-dan yuxarı çəki dərəcəsindəki qadın cüdoçu İrina Kindzerska nail olub. 30 yaşlı idmançı çinli Şiyan Xunu ipponla məğlubiyyətə uğradaraq, bürünc medala yiyələnib.

Bu, həm də Tokio-2020-də Azərbaycanın cüdo növündə yeganə olimpiya medalı olub. Komandanın 9 üzvündən daha əvvəl ən yüksək nəticəni bayraqdar Rüstəm Orucov (73 kq) 5-ci yeri tutmaqla əldə edib.

Digər tərəfdən, Kindzerska Azərbaycana medal qazandıran ilk qadın cüdoçu olub. Müstəqillik dövründə əvvəlki medalları kişi cüdoçular əldə edib.

Son xəbərlər

Orphus sistemi