Tokio-2020: Dördqat olimpiya çempionu fərdi çoxnövçülükdə çıxış etmək istəməyib

Tokio-2020: Dördqat olimpiya çempionu fərdi çoxnövçülükdə çıxış etmək istəməyib ABŞ gimnastı Simon Baylz Tokio-2020 Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülükdə iştirak etməyəcək
Fərdi
28 İyul , 2021 11:14
Tokio-2020: Dördqat olimpiya çempionu fərdi çoxnövçülükdə çıxış etmək istəməyib

ABŞ-ın idman gimnastı Simon Baylz Tokio-2020 Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük yarışında iştirak etməyəcək.

"Report" ABŞ Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı idmançı komanda çoxnövçülüyündə birinci çıxışından sonra fərdi yarışda finala qatılmaqdan imtina edib. O, tibbi müayinənin ardından belə qərara gəlib.

Federasiya gimnastın qərarını dəstəklədiklərini bildirib. Baylz təsnifat mərhələsində ən yaxşı nəticəni göstərərək finala yüksəlmişdi.

Qeyd edək ki, Simon Baylz Rio-2016 Yay Olimpiya Oyunlarında 4 qızıl medal qazanıb.

Son xəbərlər

Orphus sistemi