Toğrul Salmanov: "Ermənilər artıq bizim üçün zəif rəqib sayılırlar"

Toğrul Salmanov: "Ermənilər artıq bizim üçün zəif rəqib sayılırlar" "Rəqibin ən zəif tərəfi mənimlə eyni üslubda güləşməsi idi. Digər tərəfdən, tanıdığım idmançı olması da həlledici rol oynadı. Yarımfinalda udduğum idmançı da mənə yaxşı tanış idi".
Fərdi
7 Sentyabr , 2021 17:37
Toğrul Salmanov: Ermənilər artıq bizim üçün zəif rəqib sayılırlar
Toğrul Salmanov

"Rəqibin ən zəif tərəfi mənimlə eyni üslubda güləşməsi idi. Digər tərəfdən, tanıdığım idmançı olması da həlledici rol oynadı. Yarımfinalda udduğum idmançı da mənə yaxşı tanış idi".

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycan samboçusu Toğrul Salmanov deyib.

98 kq-dan yuxarı çəkidə çempion olan idmançı final görüşünün daha çətin keçdiyini bildirib: "Tanıdığım rəqib olduğu üçün risk etmək istəmirdim. Əsas nəticə olduğu üçün, təmkinli güləşdim".

Sonuncu dəfə Kiprdə keçirilən Avropa çempionatında qalib olduğunu xatırladan Salmanov əsas hədəfinin dünya çempionluğu olduğunu vurğulayıb: "Dünya çempionatı 1 ay sonra baş tutacaq. Həmin yarışa hazırlaşırıq. MDB Oyunlarını Avropa çempionatı, hətta kiçik dünya çempionatı da adlandırmaq olar. Keçmiş SSRİ ölkələri sambonun vətəni hesab edilir".

Azərbaycan samboçularının MDB Oyunlarında erməni idmançılar üzərində qələbəsinə də toxunan Salmanov bunları deyib: "Ermənilərin də güclü idmançıları var. Amma onlar bizim üçün heç kimdir. Artıq bizim üçün zəif rəqib sayılırlar".

Son xəbərlər

Orphus sistemi