​Toğrul Əsgərov: "Komanda yoldaşlarımın hamısından uğurlu nəticə gözləyirəm"

​Toğrul Əsgərov: "Komanda yoldaşlarımın hamısından uğurlu nəticə gözləyirəm" Rioda 4 il öncəki uğurumu təkrarlamağa çalışacağam
Fərdi
161
1 Avqust , 2016 23:56
​Toğrul Əsgərov: Komanda yoldaşlarımın hamısından uğurlu nəticə gözləyirəm

Bakı. 1 avqust. REPORT.AZ/ “Bizi gözəl şəkildə Olimpiya Oyunlarına yola salan hər kəsə təşəkkürümü bildirirəm. İdmançılarımıza qarşı böyük diqqət var. Bu da üzərimizdə olan məsuliyyəti daha da artırır”.

"Report"un məlumatına görə, bu sözləri güləşçimiz, London Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov deyib.

23 yaşlı idmançımız Rio olimpiadasına yollanmamışdan öncə jurnalistlərə açıqlamasında bütün güləşçiləmizdən uğurlu nəticə gözlədiyini vurğulayıb: “Rioda 4 il öncəki uğurumu təkrarlamağa çalışacağam. Yenidən Olimpiya çempionu olmaq istəyirəm. Bütün idmançılarımıza uğurlar arzulayıram. İstərdim ki, olimpiadada medallarımızın sayı-hesabı olmasın".

O, qeyd edib ki, güləşçilərimizin hamısı titullu idmançılardır: "4-5 nəfər ardıcıl ikinci dəfə olimpiadada yarışacaq. Komanda yoldaşlarımın hamısından uğurlu nəticə gözləyirəm”.

Son xəbərlər

Orphus sistemi