"Times" jurnalı İlin idmançısını seçib

"Times" jurnalı İlin idmançısını seçib ABŞ-ın "Time" jurnalı "İlin idmançısı" adına idman gimnastı Simona Baylzı layiq görüb.
Fərdi
10 Dekabr , 2021 10:46
Times jurnalı İlin idmançısını seçib
Simona Baylz

ABŞ-ın "Time" jurnalı "İlin idmançısı" adına idman gimnastı Simona Baylzı layiq görüb.

"Report"un məlumatına görə, 24 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında komanda yarışlarında gümüş, gimnastika tirində fərdi mübarizədə bürünc medal qazanıb.

Lakin o, ağır psixoloji durumu və orientasiya baxımından çətinlikləri ilə əlaqədar digər dörd növdə çıxış etməyib.

Qeyd edək ki, Simona Baylz 4 qat olimpiya çempionudur. O, Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst hərəkətlərdə, dayaqla tullanmada, şəxsi və komanda çoxnövçülüyündə qızıl, gimnatika tirində bürünc medal qazanıb. Eyni zamanda Baylz 19 qat dünya çempionudur.

Son xəbərlər

Orphus sistemi