Teymur Rəcəbovun görüşləri canlı yayımda

Teymur Rəcəbovun görüşləri canlı yayımda Çempionlar Turunun növbəti mərhələsi ilk dəfə Azərbaycanda canlı yayımlanacaq
Fərdi
6 Fevral , 2021 11:24
Teymur Rəcəbovun görüşləri canlı yayımda
Teymur Rəcəbov

Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun növbəti mərhələsi ilk dəfə Azərbaycanda canlı yayımlanacaq.

"Report" İnformasiya Agentliyi "Opera Euro Rapid"də ölkəni təmsil edən Teymur Rəcəbovun qarşılaşmalarını şahmatsevərlərə təqdim ediləcək. Yayım "Report"un yutub və feysbuk kanalları vasitəsilə həyata keçiriləcək.

Rəcəbov yarışdakı ilk 5 görüşünü bu gün oynayacaq. Təcrübəli qrossmeyster ardıcıl olaraq Mattias Blübaum (Almaniya), Sem Şenklend, Lenyer Peres Dominges (hər ikisi ABŞ), Yan-Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukla (Rusiya) üz-üzə gələcək.

İlk qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşləri beynəlxalq qrossmeyster Vasif Durarbəyli şərh edəcək.

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Teymur Rəcəbov Çempionlar Turunun daha əvvəlki mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

Son xəbərlər

Orphus sistemi