Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində 1/4 finaldakı rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, bu, niderlandlı Aniş Giridir. Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.
1/4 final cütlərinin tərkibi:
Maqnus Karlsen (Norveç) - Daniil Dubov (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (AZƏRBAYCAN)
Uesli So (ABŞ) - Yan Kşiştof Duda (Polşa)
Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)
Qarşılaşmalar 4 rapid, 2 blits partiya və ehtiyac yarandıqda armageddon olmaqla, nokaut sistemi ilə 2 görüşdən ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsində 1/4 finala yüksəlib.
"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster seçmə mərhələni 15 oyundan 8 xalla 7-ci pillədə başa vurub. Polşalı Yan Kşiştof Duda da eyni miqdarda xal toplasa da, daha üstün göstəricilərə malik olduğu üçün 6-cı pillədə qərarlaşıb.
Keçirdiyi 15 görüşünün heç birində uduzmayan Rəcəbov 1 qələbə, 14 heç-heçəyə nail olub. Duda isə matçlarından 4 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb.
Yarışın təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen və niderlandlı Aniş Giri 9,5 xalla ilk 2 pilləni bölüşüb. ABŞ təmsilçisi Uesli So 9 xalla 3-cü plub. Ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Laqrav hərəyə 8,5 xalla 4-5-ci yerləri bölüşdürüb.
8-ci yeri isə rusiyalı Daniil Dubov tutub. Dubov ABŞ təmsilçisi Hikaru Nakamura ilə eyni miqdarda - 7,5 xal toplasa da, əlavə göstəricilər sayəsində 1/4 finala adlayıb.
Çempionlar Turunun üçüncü mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovla Ermənistan təmsilçisi Levon Aronyan arasındakı görüş başa çatıb. "Report"un məlumatına görə, tərəflər qarşılaşmadan heç-heçə ilə ayrılıblar - 0,5:0,5.
Matç 18-ci gedişədək davam edib.
"Opera Euro Rapid"
8 fevral
XI tur: Teymur Rəcəbov - Dinq Liren (Çin) - 0,5:0,5
XII tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov - 0,5:0,5
XIII tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
XIV tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov - 0,5:0,5
XV tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Qeyd edək ki, hazırda Levon Aronyan 8,5 xalla 4-cü, Teymur Rəcəbov 8 xalla 6-cı yerdə qərarlaşıb.
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla görüşü başlayıb.
"Report"un məlumatına görə, qarşılaşma "Opera Euro Rapid"in XV turuna təsadüf edib.
Son tur öncəsi Rəcəbov 7,5 xalla 8-ci, Aronyan 8 xalla 4-cü pillədə qərarlaşıb.
Azərbaycan təmsilçisi əvvəlki 14 görüşünün cəmi 1-dən qalib ayrılıb, qalanlarının hamısını heç-heçə ilə bitirib. Ermənistan şahmatçısı isə matçlarından 5 qələbə, 6 heç-heçə və 3 məğlubiyyətlə ayrılıb.
"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.