Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq

Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində bu gün daha 5 tur oynanılacaq
Fərdi
8 Fevral , 2021 09:39
Teymur Rəcəbov bu gün Levon Aronyanla qarşılaşacaq
Teymur Rəcəbov

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun üçüncü mərhələsində son 5 tur oynanılacaq.

"Report"un məlumatına görə, "Opera Euro Rapid"in bugünkü görüşlərindən sonra pley-offa vəsiqə qazanan 8 şahmatçı müəyyənləşəcək.

Azərbaycanı təmsil edən Teymur Rəcəbov ardıcıl olaraq Dinq Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyan (Ermənistan) ilə üz-üzə gələcək.

Hazırda Rəcəbovun aktivində 10 oyundan 5,5 xal var. O, ermənistanlı Levon Aronyan və fransalı Maksim Vaşye-Leqravla birgə 5 - 7-ci yerləri bölüşür. Turnir cədvəlinə 7 xalla norveçli Maqnus Karlsen rəhbərlik edir. ABŞ təmsilçisi Uesli So və niderlandlı Aniş Giri 6,5 xalla 2-3-cü yerləri bölüşür. Rusiyalı Yan Nepomnyaşi isə 6 xalla 4-cüdür.

"Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

Qeyd edək ki, Teymur Rəcəbov Çempionlar Turunun daha ikinci mərhələsində “Airthings Masters” yarışının finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək çempion olub.

"Opera Euro Rapid"
8 fevral
XI tur:
Teymur Rəcəbov - Dinq Liren (Çin)
XII tur: Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov
XIII tur: Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa)
XIV tur: Uesli So (ABŞ) - Teymur Rəcəbov
XV tur: Teymur Rəcəbov - Levon Aronyan (Ermənistan)

Son xəbərlər

Orphus sistemi