Teymur Rəcəbov Dünya Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib

Teymur Rəcəbov Dünya Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin birinci partiyaları oynanılıb.
Fərdi
173
26 Sentyabr , 2019 16:50
Teymur Rəcəbov Dünya Kubokunun yarımfinal mərhələsində ilk oyununu keçirib
Teymur Rəcəbov

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun yarımfinal mərhələsinin birinci partiyaları oynanılıb.

“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla üz-üzə gəlib.

Şahmatçılar arasında ilk duel heç-heçə yekunlaşıb. Növbəti görüş sabah olacaq. Orada da bərabərlik qeydə alınarsa, qalib sentyabrın 28-də tay-breykdə müəyyənləşəcək.

İki çinli - Dinq Liren və Yu Yanq Li arasındakı digər yarımfinal görüşündə də qalib müəyyənləşməyib. 

Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.

Son xəbərlər

Orphus sistemi