Yuxarı

Teymur Rəcəbov Dünya İntellektual Oyunlarında gümüş medal qazanıb

Dünyanın 16 ən güclü şahmatçısının qatıldığı yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil ediblər

Bakı. 17 dekabr. REPORT.AZ/ Pekində başlayan Dünya İntellektual Oyunları çərçivəsində keçirilən kişilər və qadınlar arasında şahmat yarışlarına yekun vurulub.

Dünyanın 16 ən güclü şahmatçısının mübarizə apardığı yarışda ölkəmizi Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil ediblər.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, dekabrın 17-də şahmatın bask növü (idmançılar eyni vaxtda iki taxtada müxtəlif rəngli fiqurlarla bir-birinə qarşı mübarizə aparması) üzrə keçirilən yarışlar da başa çatıb.

Yekunda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Fransa şahmatçısı Maksim Vaşe-Laqrav 6 xal toplayaraq 2-4-cü yerləri bölüşdürüblər. Teymur Rəcəbov əlavə göstəricilərə görə, turnirin gümüş medalına layiq görülüb. Maksim Vaşe-Laqrav üçüncü, Ş.Məmmədyarov isə dördüncü yerin sahibi olub. Yarışın qalibi adını aktivinə 7,5 xal yazan Rusiya təmsilçisi İan Nepomniyaşiy qazanıb.

Dünya İntellektual Oyunları çərçivəsində zəka sahibləri sürətli şahmat, blits (T.Rəcəbov bu turnirin bürünc mükafatçısı adını qazanıb) və bask üzrə mübarizə aparıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi