​Teymur Rəcəbov ardıcıl 3 turdan heç-heçə ilə ayrılıb

​Teymur Rəcəbov ardıcıl 3 turdan heç-heçə ilə ayrılıb Azərbaycan şahmatçısı bu dəfə Maksim Vaşye-Laqravla xalları yarı bölüb
Fərdi
13 Yanvar , 2015 08:07
​Teymur Rəcəbov ardıcıl 3 turdan heç-heçə ilə ayrılıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərindəki ənənəvi “Tata Steel Masters” şahmat turnirində 3-cü turun görüşləri keçirilib. "Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov yenə heç-heçə ilə kifayətlənib. 

28 yaşlı qrossmeyster bu dəfə qara fiqurlarla fransalı Maksim Vaşye-Laqravla xalları yarı bölüb - 0,5:0,5. 41-ci gedişdə tərəflər "sülh"ə razılaşıblar. 

Qeyd edək ki, 77-ci dəfə keçirilən “Tata Steel Masters” superturnirinə 14 şahmatçı qatılıb. Onların arasında norveçli dünya çempionu Maqnus Karlsen də var. Yarış dairəvi sistem üzrə 13 turdan ibarət olacaq. Ötən il olduğu kimi, əsas turnirdə iki “səyyar” tur olacaq. Yanvarın 15-də oyunlar Rotterdamda, 21-də isə Haaqada keçiriləcək. İlk turda Hollandiya təmsilçisi Lyuk Van Veli ilə xalları yarı bölən Teymur Rəcəbov ardından ukraynalı Vasili İvançukla "sülh" bağlayıb. 3 turdan sonra İvançuk italiyalı Fabiano Karuana ilə birgə hərəyə 2,5 xalla ilk 2 yeri tutur. 1,5 xala malik Rəcəbov isə hollandiyalı Aniş Giri ilə 7-8-ci yerləri bölüşür. Bu gün keçiriləcək 4-cü turda Azərbaycan təmsilçisi ağ fiqurlarla çinli Din Lijeni sınağa çəkəcək. 

Son xəbərlər

Orphus sistemi