Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb.
"Report"un məlumatına görə, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Bakı Tennis Akademiyasındakı turnirdə müxtəlif yaş kateqoriyalarından 46 idmançı mübarizə aparıb.
8-10 yaşlı oğlanlar arasında 1-ci yeri Heydər Əsgərəlizadə, 2-ci yeri Daniil Morozkov, 3-cü yeri Anar Şahkərimov tutub.
11-12 yaşlı oğlanlarda Murad Behbud, Cavid Məmmdəli, Raul Yüzbaşov, 13-16 yaşlılarda isə Artyom Mikolyuk, Tamerlan Kərimov, Nazim Məlikov ilk "üçlük"də qərarlaşıb.
8-10 yaşlı qızlardan İnci Orman, Rania Hacıyeva, Banu Rəfiyeva, 11-12 yaşlı qızlar arasında Cəmilə Hüseynzadə, Aylin Həsənova, Melissa Məlikova, 13-16 yaşlılarda isə Tansu Qədirli, Nurel Əliyeva və Mədinə Qurbanova mükafatçılar sırasına düşüb.