"Tata Steel": Vüqar Həşimov mükafatının sahibləri bəlli olub

"Tata Steel": Vüqar Həşimov mükafatının sahibləri bəlli olub Yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən şahmatçılar təltif olunub.
Fərdi
31 Yanvar , 2022 13:21
Tata Steel: Vüqar Həşimov mükafatının sahibləri bəlli olub

Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş "Tata Steel Chess" turnirinda Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibləri məlum olub.

"Report" xəbər verir ki, yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən qrossmeyster təltif edilib.

Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Rameşbabu Praqnanandha (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Lami bu mükafata ikinci dəfə layiq görülüb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Tata Steel Chess"i 8 xalla ikinci pillədə başa vurub. Vüqar Həşimov mükafatı 2016-cı ildən təqdim olunur.

Son xəbərlər

Orphus sistemi