Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib. "Report"un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkil
Fərdi
28 Sentyabr , 2024 20:13
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib.

"Report"un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkil etdiyi turnirin bağlanış mərasimi "Şuşa" hotelində baş tutub.

Əvvəlcə Vüqar Həşimovun ömür yoluna və karyerasına həsr olunan video nümayiş etdirilib.

Sonra çıxış üçün söz gənclər və idman naziri Fərid Qayıbova verilib. Bağlanış mərasiminə gələn qonaqları salamlayan nazir turnirdə güclü şahmatçıların iştirak etdiyini vurğulayıb.

O, bu cür yarışların Azərbaycan şahmatına böyük töhfə verdiyini söyləyib. F.Qayıbov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə sözügedən idman növünə diqqət və qayğının yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Ardınca AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov çıxış edərək, "Şuşa" hotelinə gələn hər kəsi görməkdən məmnun olduğunu bildirib. Qurum rəhbəri Vüqar Həşimovun dünyanın tanınmış şahmatçılarından olduğunu qeyd etməklə turnirin böyük tarixə malik olduğunu bildirib. O, yarışın yüksək səviyyədə təşkil edildiyini bildirib.

Sayca 10-cu dəfə baş tutan Vüqar Həşimov Memorialının maraqlı anlarını əks etdirən video göstərilib.

Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin əməkdaşı İsmayıl İsmayılova Vüqar Həşimov Memorialının direktoru Anar Allahverdiyev tərəfindən xüsusi hədiyyə təqdim olunub.

Ardınca turnirdə ilk üç yeri tutan, həmçinin digər 5 şahmatçı mükafatlarla təltif edilib.

Bağlanış mərasimi Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbə heyətinin ifası ilə davam edib.

Qeyd edək ki, xatirə turnirinin yekun nəticələrinə əsasən Yan Nepomnyaşi (FIDE) 19,
Nodirbek Abdusattorov (Özbəkistan) 18, Şəhriyar Məmmədyarov 16, Vladislav Artemyev (FIDE) 14,5, Aydın Süleymanlı 13,5, Aravind Çitambaram (Hindistan) 13, Rauf Məmmədov və Riçard Rapport (Macarıstan) isə hərəyə 9 xal qazanıb.

Son xəbərlər

Orphus sistemi