Su İdmanı Sarayında jurnalistlər üçün tanışlıq turu təşkil olunub

Su İdmanı Sarayında jurnalistlər üçün tanışlıq turu təşkil olunub Su İdmanı Sarayında media nümayəndələri üçün tanışlıq turu təşkil olunub.
Fərdi
123
14 Noyabr , 2021 19:18
Su İdmanı Sarayında jurnalistlər üçün tanışlıq turu təşkil olunub

Su İdmanı Sarayında media nümayəndələri üçün tanışlıq turu təşkil olunub.

"Report" xəbər verir ki, tur zamanı sarayın direktoru Elçin Həsənov və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbürrəhmanov jurnalistləri kompleksin şəraiti və fəaliyyəti barədə məlumatlandırıb.

Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə inşa edilərək, 2015-ci ildə I Avropa Oyunları ərəfəsində istifadəyə verilən Su İdmanı Sarayı nəinki yığma komandanın, hətta bütün üzgüçülük və digər idman növləri həvəskarlarının üzünə açıqdır. Onun sözlərinə görə, idman obyekti Avropada ilk "üçlüy"ə, dünyada isə ilk "onluğ"a daxil olmuş yeni, müasir və dünya standartlarına cavab verən unikal komplekslərdən biridir: "Burada xidmətinizdə müasir interyer, xoş ab-hava, effektiv işiqlandırma, havalandırma və isitmə sistemləri, rahat soyunub-geyinmə otaqları mövcuddur. Habelə suyun və havanın optimal temperaturda saxlanılması, suyun tərkibinin təmizliyinin yüksək səviyyədə saxlanılması təşkil edilib".

Direktor qeyd edib ki, Su İdmanı Sarayında qonaqların isitifadəsi üçün 5 hovuz, "Technogym" şirkətininin müasir idman avadanlıqları ilə təhciz edilmiş idman zalı, çimərlik idman oyunları üçün meydançalar, mini futbol meydançası, SPA mərkəzi, gözəllik salonu, restoran, kartinq mərkəzi fəliyyət gostəririr: "Ümumilikdə, kompleksdə uşaq idman növlərinin inkişafı üçün yüksək səviyyəli şərait yaradılıb. Xüsusi normativləri yerinə yetirərək uğurlu nəticələri ilə fərqlənən idmançılarımızı həvəsləndirmək məqsədilə üzgüçülüklə məşğul olan uşaqlar üçün 3 ayda bir dəfə yarışlar keçirilir və öz nəticələrinin yaxşılaşdıran 5 idmançı təqaüd alaraq ödənişsiz məşqlərə cəlb olunur. Yetirməsi yüksək nəticə göstərən məşqçinin maaşını da Su İdmanı Sarayı ödəyir və bu addım ölkəmizdə üzgüçülük idmanına bir töhfədir".

Yığmanın baş məşqçisi R. Əbdürəhmanov isə deyib ki, üzgüçüluk Azərbaycanda ənənəvi idman növü sayılmasa da, məşğul olanların sayı son illərdə artmağa başlayıb: "Hazırda Azərbaycan yığma komandasının tərkibi təmamilə yenilənib, yeniyetmə və gənclərdən təşkil olunub. Komandamız 15-dən cox idman ustası yetişdirib. Son 6 ildə Su İdman sarayının dəstəyi bunun üçün böyük təkan oldu. Tokio-2020 Yay Parailmpiya oyunlarında idmançımız Vəli İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında qızıl medal qazandı. Bu nailiyyətdə bizim kompleksin məşqçisinin böyük rolu olub. Su İdman Sarayında azyaşlı idmançılarımızın da gələcəkdə yığma komandanın tərkibinə daxil olması üçün seleksiya işi aparılır. Bu seleksiyalar nəticəsində biz artıq idman qrupu yaratmışıq. Onu tərkibində 100-dək uşaq cəlb olunaraq müxtəlif daxili və xarici yarışlarda müxtəlif əyarlı medallar qazanıblar".

Mütəxəssis bədii üzgüçülük üzrə də komandanın olduğunu söyləyib: "Onlar hazırda Rusiyanın paytaxtı Moskvada keçirilən yerli çempionatında iştirak edirlər və artıq medal da qazanıblar. Bu, bizim üçün böyük fərəhdir ki, azərbaycanlı qızlarımız bu yarışda bizi təmsil edərək belə gözəl nəticə əldə ediblər".

Son xəbərlər

Orphus sistemi